Top.Mail.Ru
DÜNYA

Paşinyanın qorxduğu başına gəldi – İRƏVAN UÇURUMUN KƏNARINDA

“Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana vurduğu ağır zərbə onların illərdir ki, mövcud olan mifini alt-üst etdi. Ermənistanın cəbhədə məğlub olması, ciddi itkilər verməsi yaxşı durumda olmayan iqtisadi, sosial vəziyyəti daha da böhrana apardı”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, hazırda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiyadan qopmalar var.

Saytların yığılması Saytların yığılması

“Bir zamanlar N.Paşinyanla birgə olan insanlar indi onun məsuliyyətini bölüşmək istəmirlər. Beləliklə, orada vəziyyət kifayət qədər gərgindir. Xalqın hakimiyyətə və N.Paşinyana olan nifrəti getdikcə artır. Ermənistandakı böhran uzun illər davam edəcək. N.Paşinyan getsə də, onun yerinə kimin gəlməsindən asılı olmayaraq, hazırki gərginlik cəmiyyəti depressiyaya aparacaq.

Ermənistan bir dövlət kimi almış olduğu zərbədən çox ağır duruma düşüb və bu durumdan nə zaman çıxacağını da proqnozlaşdırmaq olduqca çətindir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir