Top.Mail.Ru
bannerKAİNAT TV

SON DƏQİQƏ:Şuşa ətrafındakı kəndlər işğaldan azad edildi – Şəhər isə üç tərəfdən mühasirəyə alındı

Şuşa şəhəri 3 istiqamətdən mühasirəyə alınıb.

KAİM.az bildirir ki, bu barədə Rusiya KİV məlumat yayıb

Saytların yığılması Saytların yığılması

Bildirilir ki, erməni tərəfinin Azərbaycan ordusunun Şuşadan bir neçə kilometr geri oturdulduğu iddiası həqiqətə uyğun deyil: “Azərbaycan ordusu bu gecə Şuşanı cənub, qərb və şərqdən mühasirəyə alıb. Hazırda şəhərə genişmiqyaslı hücum hazırlanır.

Təqdim olunan xəritədə qüvvələrin yerləşməsindən belə görünür ki, Şuşada erməni tərəfinin vəziyyəti çox mürəkkəbdir. Belə ki, güclü artilleriya zərbələrindən sonra Azərbaycan qüvvələri hücuma keçə və şəhərə daxil ola bilərlər. Buraya daxil olmaq isə tanınmamış DQR-in paytaxtı Xankəndinə yolun başlanğıcıdır”.

Rusiya KİV-in yazdığına görə, son həftə ərzində aktiv hücumları səngitsə də, Azərbaycan tərəfi son 24 saat ərzində Qarabağda, eləcə də Ermənistanla sərhəddə 5-dən artıq yaşayış məntəqəsini ələ keçirə bilib:

“Bu gün region ərazisinin 40 faizində döyüşlər gedir, qondarma respublikanın “ərazisi”inin 20 faizi isə artıq Azərbaycan ordusunun nəzarətindədir”.(respekt)

Bundan başqa Azərbaycan Ordusu Şuşa şəhərinin ətafında yerləşən bəzi kəndləri işğaldan azad edib.

KAİM.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT HABER” telekanalının cəbhə bölgəsində olan əməkdaşı xəbər verib.

Məlumatda həmçinin Azərbaycan Ordusunun Cəbrayıl rayonundan Şuşa istiqamətində, Qubadlı rayonundan isə Laçın dəhlizi istiqmətində irəlilədiyi bildirilir. Azərbaycanın xüsusi təyinatlı birliklərinin hər iki istiqamətdə düşmənə ağır zərbələr vurub, onu geri çəkilməyə məcbur etdiyi də cəbhədən verilən son məlumatlar sırasındadır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir