Top.Mail.Ru
ÖZƏL

Bakıda insan ölümünə səbəb olan klinika ilə bağlı QƏRAR VERİLDİ – ÖZƏL

Səhiyyə Nazirliyi Sabunçu rayonunda yerləşən “Medicare” klinikasının fəaliyyətinin dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib.

KAİM.az xəbər verir ki, bu barədə nazirliyin ünvanlandığı müraciətdə bildirilib.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, bir müddət əvvəl “Medicare” klinikasında ölüm hadisəsi qeydə alınmışdı. Baş verən hadisədən sonra adıçəkilən klinikanın fəaliyyətinin dayandırıldığı bildirilsə də, sonradan klinikanın fəaliyyətinin bərpa etdiyi məlum olub.

Müsavat.com-un əldə etdiyi məlumata görə, klinikada ötən ilin may ayında uğursuz burun əməliyyatı həyata keçirilib, bundan sonra müəssisədə bir daha əməliyyat aparılmaması ilə bağlı göstəriş verilib. Amma klinika bu göstərişə məhəl qoymayaraq, yenə də əməliyyatlar həyata keçirib. Qeyd edək ki, 2023-cü il 21 dekabrda 1971-ci il təvəllüdlü Lətafət Məmmədova “Medicare” klinikasında əməliyyat zamanı ölüb.

Bənzər yazılar