Top.Mail.Ru
ÖZƏL

Xocalıda əli-qolu bağlı uşaq və qadın skeletləri – insanlıq əleyhinə vəhşilik…

Qarabağda indiyə qədər 13 kütləvi məzarlıq aşkarlanıb, sülh düşməni Ermənistan isə yerləri deməkdən imtina edir

Xocalıda aşkarlanmış kütləvi məzarlıqda insan qalıqlarının ən azı 4 nəfərə (onlardan 1-nin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. 

Saytların yığılması Saytların yığılması

Ötən həftə üzə çıxan bu fakt Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin növbəti nümunəsi idi. İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça Fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı prokurorluğuna məlumat daxil olub.

Bundan əvvəl də azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb. İnsanlıq əleyhinə törədilən bu barbarlıqlar düşmənin bizə nifrətini ifadə edir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb ki, bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapılıb.

“Onların kimliyi DNT analizi ilə müəyyən ediləcək. Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina edir. Dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur. Ermənistan Respublikası Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət məsuliyyətini daşıyır. Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib”, – deyə H.Hacıyev yazıb. 

Ümumiyyətlə, 1988-ci ildən başlayaraq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri azərbaycanlı əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədiblər. Ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib.

Orada girov götürülən 1275 nəfərdən 150-yə yaxınının taleyi bu günədək məlum deyil. Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakini işgəncələrlə qətlə yetirib, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Həmçinin 2022-ci il Kəlbəcər rayonunun Ballıqaya ərazisində kütləvi məzarlıq aşkar edilib və daha belə bir yer Şuşanın Daşaltı kəndində tapılıb. İnsanlıq əleyhinə cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər girov götürülüb.

Növbəti belə yerlərdən biri də Kəlbəcərin Başlıbel kəndidir. 1993-cü il aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilməyərək düşməndən qorunmaq üçün kahalara sığınıblar. Aprelin 18-də ermənilər onlardan 14 nəfərini girov götürüb, 18 nəfəri qətlə yetiriblər. Xocalı rayonunun Əsgəran qəsəbəsində də qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb. Bütövlükdə isə torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdamın Sarıcalı, Şuşanın Daşaltı, Xocavəndin Edilli, Xocalı rayonunun Fərrux, Füzulinin Yuxarı Seyidəhmədli kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

 Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun fikrincə, beynəlxalq miqyasda iş aparılmalıdır: “Biz dünyanı məlumatlandırmalıyıq ki, əleyhimizə qətnamələr çıxarırsınız, amma biz ermənilərin əli-qolu bağlı vəziyyətdə öldürdüyü azərbaycanlıların məzarını aşkar etmişik. Məncə, diplomatik missiya, diasporumuz, xaricdə yaşayan azərbaycanlılar bu yöndə çoxlu tədbirlər keçirməli, təbliğatı gücləndirməlidir”. Onun sözlərinə görə, ordumuz günahsız yerə öldürülən azərbaycanlıların qisasını aldı, amma dinc erməni əhalisindən yox, terrorçu və işğalçı silahlı birləşmələrdən: “Xocalı soyqırımı və 19 sentyabr antiterror əməliyyatı işğalçılarla Azərbaycan Ordusunun fərqini ortaya qoydu. Dünya gördü ki, kim uşaq qatilidir, kim humanistdir”.

Yazını hazırladı: Emil SALAMOĞLU

Bənzər yazılar