Uncategorized
Universitet tələbəsi yol qəzasında ölüb

Qobustan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Kainat.tv “Report”a istinadən xəbər verir ki, “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Qobustan rayonunun Təklə kənd sakini, 2001-ci il təvəlüdlü Nəbiyev Mürvət Zahid oğlu qəza zamanı aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Məlumata görə, M.Nəbiyev Azərbaycan Dövlət Dillər Universitetinin 2-ci kurs tələbəsi olub.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır.
Loading...
Yazının davamı reklamdan sonra