Top.Mail.Ru
KRİM - XRONİKA

Şəmkirdə narkotik yetişdirən dəstə ələ keçdi – FOTO

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

KAİM.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon Nic kənd sakini Rizvan Abdullayev, Tovuz rayon sakin Elnur Hümbətov, Şəmkir rayon sakinləri Şahmar Hüseynov və Xəyal Həsənovun rayonun Qapanlı kəndi ərazisində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.

Əraziyə baxış zamanı oradan 345 ədəd ümumi çəkisi 121 kq 800 qram olan çətənə kolu həmçinin həmin kollara xüsusi qulluq göstərmək üçünü zəruri alətlər aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxslər cari ilin may ayında bir araya gələrək narkotik vasitə becərmək barədə qərara gəldiklərini etiraf ediblər. Saxlanılan şəxslər çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiklərini bildirsələr də digər xüsusatlar da istisna edilmir.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir